İtkin düşən turist Bakıya anası ilə gəlibmiş - Yeni məlumat

İtkin düşən turist Bakıya anası ilə gəlibmiş - Yeni məlumat
  27 Mart 2018    Oxunub:8108
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 17 yaşlı vətəndaşı Sultan Abdulla bu gün Bakıda itkin düşüb.

BƏƏ-nin Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Kərimov AzVision.az-a bildirib ki, daun sindromlu turist saat 05:30-da "Winter Park" hotelini tərk edərək geri qayıtmayıb.
“O anası, iki xalası və xalasının uşaqları ilə birlikdə bazar günü Azərbaycana gəlib. Sultan daun sindromlu olduğundan yaddaş problemi var. Kameralar göstərir ki, o, səhər saat 5 radələrində yuxudan durub, paltarını geyinərək oteli tərk edib. Yolu keçərək "Qış parkı"na tərəf gedib. Ondan sonra yoxa çıxıb".

E.Kərimov itkin düşən turistin gözünün görmədiyini söyləyib: "Anası bildirdi ki, Sultan Abdulla uşaq kimdir, bir şey olsa ağlayar, yorulsa yerdə oturar. Eynəksiz gözü görmür. Anası çox narahatdır. Bəlkə də, o, hardasa ilişib qalıb, geri qayıda bilmir. Polis bundan əvvəl belə halın olub-olmadığını soruşduqda, anası ilk dəfə rastlaşdığını dedi. Dünəndən bu günə kimi getdikləri yerləri gəzmişik. Hazırda 4 qurum tərəfindən müxtəlif istiqamətlərdə axtarış aparır. Hələlik heç bir məlumat yoxdur, gözləyirik”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti