Bakıda yanğın: sakinlər təxliyə edilib

Bakıda yanğın: sakinlər təxliyə edilib
  27 Mart 2018    Oxunub:1157
Bakının Qaradağ rayonunda yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 kv.m sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  



Xəbər lenti