Paytaxtda 20 dərəcə isti olacaq
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti təşkil edəcək.
Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


