“Azərişıq” qəzaları aradan qaldırdı

"Lakin “Azərişıq” ASC-nin əməkdaşları qısa müddət ərzində bu qəzaları aradan qaldırıblar və abonentlərə elektrik enerjisinin verilməsini operativ olaraq bərpa ediblər. Ölkənin elektrik təsərrüfatında son illər həyata keçirilən əsaslı yenidənqurma, ən ucqar dağlıq bölgələrdə belə elektrik şəbəkələrinin yenidən qurulması, yeni yarımstansiyaların tikintisi, müasir KTM-lərin quraşdırılması və digər işlər sayəsində ən mürəkkəb hava şəraitində belə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan yaradıb", - deyə məlumatda qeyd olunub.
“Azərişıq”dan bildirilib ki, 2018-ci il ərzində ölkə üzrə 8 ədəd 110 kilovoltluq yarımstansiyanın tikintisi, 6 belə yarımstansiyanın əsaslı təmiri nəzərdə tutulur. Habelə 35 kilovoltluq 48 yarımstansiyada əsaslı təmir işləri görüləcək: "Daha 65 ədəd belə yarımstansiyada isə cari təmir işləri aparılacaq. 250 km uzunluğunda 35 kilovoltluq hava xətlərinin, 950 km 10 kilovoltluq hava xətlərini təmiri planlaşdırılıb. 0,4 kV-luq şəbəkələrin bərpası məqsədilə 140 kənddə elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı – SİP - kabellərlə yenilənəcək".
AzVision.az
Teqlər: Azərişıq Region Elektrik