Şəmkir sakinini şantaj edən şəxs tutuldu

Şəmkir sakinini şantaj edən şəxs tutuldu
  28 Mart 2018    Oxunub:1488
Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Şantaj  





Xəbər lenti