Azərbaycanda 15 əcnəbi saxlanıldı

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banqladeş vətəndaşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qarşılığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə çalışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının azyaşlı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində məlumatlar dəyişdirilərək A.M.Rahmanın adına saxtalaşdırılıb. Əcnəbi həmin vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yusubov Tərlan Tofik oğlu tərəfindən hazırlandığını bildirib.
Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha 4 nəfər Hindistan vətəndaşının sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gətirilmələrini, burada yerləşdirilmələrini Azərbaycanda daimi yaşayan Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Nasirin təşkil etdiyi və onun müəyyən məbləğdə ödəniş qarşılığında həmin əcnəbiləri qanunsuz yollarla leqallaşdırmağa çalışdığı aşkar edilib. Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.
AzVision.az