“Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi

AzVision.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
İnsident zamanı ağır yaralanan azərbaycanlılar Purpan xəstəxanasına yerləşdirilib. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
AzVision.az-ın əldə etdiyi məlumata görə, kriminal aləmdə özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov “Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu təhqir etmişdi. Onun "Lotu Quli"nin adamları tərəfindən güllələndiyi iddia edilir.
İlkin Nəcəfzadə
AzVision.az