Aeroport yolunda sürət həddi endirildi - FOTO

Aeroport yolunda sürət həddi endirildi - FOTO
  31 Mart 2018    Oxunub:2100
Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, sürət həddinin endirilməsində məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi sürücülərdən xahiş edib ki, bu cür güclü küləkli hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər.



AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti