Sumqayıt sakini qaçırdığı maşınla tutuldu

Sumqayıt sakini qaçırdığı maşınla tutuldu
  31 Mart 2018    Oxunub:1234
Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti