Şamaxıda yol qəzası: 4 tələbə xəsarət alıb

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev Elmar Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.
Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az