Aprelin 2-də Yevlax rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:04:54-də qeydə alınıb. Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.