Polis oğurluq edən 6 nəfəri tutub

Anoloji hadisə Mingəçevirdə də qeydə alınıb. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Pərviz Nəbiyev olduğu müəyyən edilib.
Həmçinin İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar. Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
AzVision.az