ASAN Radio şimal bölgəsində

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, yaradılan ASAN Radionu 96.5 FM-də həmçinin Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda da dinləmək olar.
Qeyd edək ki, ASAN Radionu Bakı və Abşeron yarımadası, Sumqayıtda 100.0 Mhz tezliyində, Cənub və Aran bölgəsində Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində dinləyə bilərsiniz.
Hazırda ASAN Radionun yayım dairəsi Azərbaycanın bölgələrinin 65-70%-ni əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN Radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
AzVision.az
Teqlər: ASAN-radio