Lökbatanın girişində təmir işləri aparılır

Təmir-tikinti işlərinin aparılmasında məqsəd yolun hərəkət hissəsində yaranmış qabarma və dağılmalardır. Bunu aradan qaldırmaq üçün yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, daha sonra yararsız qrunt 0,8-1 metr dərinlikdə qazılaraq çıxarılır. Yararlı materialdan əks-dolğu aparılaraq kipləşdirilir.
Bu məqsədlə tikinti işlərini aparıldığı ərazidə hərəkət müvəqqəti olaraq qısa müddətlik məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir-tikinti işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
AzVision.az