Qazaxda avtobus qəzası: Ölən və xeyli yaralı var

AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mercedes" markalı sərnişin avtobusu və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.
AzVision.az