Magistral su kəmərindəki qəza aradan qaldırılıb - “Azərsu” rəsmisi

“Dünən gecə saatlarında ikinci xəttin qəza baş verən hissəsində aparılan təmir işləri başa çatıb. Artıq həmin xətt rejimə qoşulub, su ilə doldurulmasına başlanılıb. Xətti birdən-birə təzyiq altına yükləmirik, hissə-hissə su veririk. Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsi ilə bağlı problemlər var idi, artıq bu problemlər həll olunur”.
Qeyd edə ki, aprelin 2-dən 3-nə keçən gecə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindən keçən magistral su xəttində baş verən qəza nəticəsində 30-dan çox ev su altında qalmışdı.
Aytən Zəhra
AzVision.az