“Seçkilərdə cinayət xarakterli məlumatların araşdırılması üçün İşçi qrupu yaradılıb”

Görüş zamanı seçki prosesində yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığı xüsusi qeyd edilib.
Y.Sloboda ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən seçkilərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Baş-Prokurorluq Zakir-Qaralov MDB Seçki