Keçmiş məhkum narkotiklə tutuldu
-1522305930-1522848076.jpg)
Belə ki, Quba şəhər sakini əvvəllər məhkum olmuş Zərdabi kənd sakini Teyfur Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı selofan bükümdə narkotik vasitə aşkar olunub. Ekspertizaya təqdim olunan bükülünün ümumi çəkisi 150,0 qram marixuana olması barədə rəy verilib. Digər bir şəxs isə, Quba şəhər sakini Vəliyulla Cəlilov olması müəyyən edilib. Ə.Musayevin üzərindən 2,514 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə aprelin 2-də gecə saatlarında şəhərin H.Əliyev prospektində yenidənqurma işləri aparılan yerüstü piyada keçidindən 30 metr dəmir profil və 3,5 metr dəmir boru oğurlamaqda şübhəli bilinən Aşağı Atuc kənd sakini Rövşən Səfərəliyev saxlanılıb.
Rayon sakini Dəyanət Rzayevə məxsuz Vladimirovka kəndində yerləşən anbardan tikinti ləvazimatı və texniki avadanlıq oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər məhkum olunmuş Əli Məmmədov saxlanılıb. Qeyd edilən faktlarla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
AzVision.az