Zaxarova Azərbaycana səfir təyinatından danışdı

Zaxarova Azərbaycana səfir təyinatından danışdı
  04 Aprel 2018    Oxunub:2335
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında Azərbaycana yeni səfir təyinatı ilə bağlı sualı cavablandırıb.

AzVision.az xəbər verir ki, Zaxarova Rusiya XİN-in səfirlərin təyinatı məsələsini şərh etmədiyini deyib.
"Rusiya prezidentinin səfir təyinatı ilə bağlı sərəncamından sonra bu barədə danışmaq mümkündür”,- deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması Mixail Boçarnikovun Azərbaycana təyin olunacaq yeni səfir kimi namizədliyini təsdiqləyib. Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.

AzVision.az


Teqlər: Rusiya   XİN   Zaxarova   Azərbaycan   Səfir  





Xəbər lenti