Oğurluq edən şəxslər tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-mart ayları ərzində rayon ərazisindəki 4 evdən məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılıb. Onun şəhər sakini Ə.Zeynalova qarşı dələduzluq etməsi də müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 23-də şəhər sakini E.Zeynalovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 2 mağazadan pul və 22 metr su borusu, habelə 9 evdən pul və məişət əşyaları, 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
AzVision.az