87 yaşlı qadın evində ölü tapıldı

87 yaşlı qadın evində ölü tapıldı
  05 Aprel 2018    Oxunub:1280
Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti