Bağlanan 3 bankın əmlakı hərracda satılıb

Bağlanan 3 bankın əmlakı hərracda satılıb
  05 Aprel 2018    Oxunub:1096
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə martın 27-də və aprelin 3-də ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
ADIF-dan AzVision.az-a verilən məlumata görə, hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard"ın balansındakı 1 ədəd "Toyota Avalon", 5 ədəd "Toyota Corolla", 2 ədəd "Mitsubishi Lancer", 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia", 1 ədəd "Jeep Grand Cherokee" minik avtomobilləri və 2 ədəd bankomat satılıb.

Ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460" avtomobili və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18" yük avtomobili satılıb.

AzVision.az


Teqlər: Bank   Hərrac   Əmlak  





Xəbər lenti