Goranboyda 4 qumbara və tapança tapılıb

Goranboyda 4 qumbara və tapança tapılıb
  06 Aprel 2018    Oxunub:3003
Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində 1 ədəd kustar üsulla hazırlanmış tapança, 4 qumbara, 25 ədəd pulemyot patronu, 3 ədəd alışdırıcı, 3 patron darağı və 1 ədəd pulemyot lenti tapılıb.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti