M.Zeynalova qeyd edib ki, ananı tapa bilsələr, onun hansı ərazidən müraciət edə biləcəyini müəyyənləşdirəcəklər.
"Qeyri-rəsmi nikah olduğuna görə ana müraciət etməlidir. Ata uşaqlarına soyadını verməyib. Ata il danışıb başa saldıq ki, uşaqları internat məktəbinə vermək lazımdır. O, uşaqları vermək istəmir. Uşaqlar da atalarını çox istəyir. Amma onları nəzarətsiz qoymaq olmaz”.

Qeyd edək ki, Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncələr verməsi ilə bağlı məlumat yayılıb. Xədicə Mahirova adlı şəxs hadisə ilə bağlı yazıb: “Bacım işdən gələrkən, balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.
Şahanə Rəhimli
AzVision.az