Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir

Bu barədə AzVision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.
S.Xəlilova bildirib ki, ötən il ilk dəfə qeydiyyata düşən xəstələrin sayı 641 nəfər olub ki, bunun da 399 nəfəri qadındır: "Qeydiyyatda olan ümumi xəstələrdən 444 nəfəri 0-18 yaş arasındadır ki, onların da 183 nəfəri qızdır. 0-13 yaş aralığında 264 uşaq piylənmə ilə dispanser qeydiyyatındadır. Yaşlılarda, xüsusilə qadınlarda piylənmə daha çox aşkarlanır. Əgər 18-29 yaşında dispanser qeydiyyatında 259 nəfərdirsə, 50 yaşdan yuxarı 2445 nəfər piylənmədən əziyyət çəkir. Bu da çox durğun həyat tərzi ilə əlaqədardır".
Piylənmənin etimologiyasına gəldikdə isə endokrinoloq qeyd edib ki, burada genetik rolla yanaşı, qeyri-sağlam həyat tərzi, "fast food" qidalar, oturaq həyat tərzi mühüm rol oynayır.
Aytən Zəhra
AzVision.az