Həftənin ilk günü hava necə olacaq? - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Sabah Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
AzVision.az
Teqlər: Hava







Vaxtında, Aydın, Lazımlı!


