Masallıda öldürülən şəxsin kimliyi bilindi - (Yenilənib)

Masallıda öldürülən şəxsin kimliyi bilindi - (Yenilənib)
  09 Aprel 2018    Oxunub:2812
Masallıda bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi məlum olub.
Məlumata görə, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

***
Masallıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Mollaoba kəndində qeydə alınıb. Bıçaqlanan şəxs dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Hazırda hadisənin təfərrüatları və ölən şəxsin kimliyi araşdırılır. (APA)

AzVision.az


Teqlər: Masallı   Qətl  





Xəbər lenti