Qusarda 10 otaqlı ev yanıb

Qusarda 10 otaqlı ev yanıb
  09 Aprel 2018    Oxunub:1261
Qusarda yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Qusar  





Xəbər lenti