Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakini Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakini Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər göütürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az