Bu gün 23 dərəcə isti olacaq
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insalar üçün əlverişlidir.
AzVision.az