Tələbələrimiz nüfuzlu beynəlxalq müsabiqəyə qatılıblar – FOTO

Tələbələrimiz nüfuzlu beynəlxalq müsabiqəyə qatılıblar – FOTO
  11 Aprel 2018    Oxunub:3335
“Philip C. Jessup International Law Moot Court Competition” yarışması 1960-cı ildən bəri təşkil olunur və dünyanın ən böyük Beynəlxalq Hüquq müsabiqəsidir. Bu il müsabiqədə dünyanın 95 ölkəsindən 700-ə yaxın hüquq məktəbindən komandalar qeydiyyatdan keçmişdi.
Ölkəmizi bu müsabiqədə təmsil edən BDU tələbələrindən (Fidan Ələkbərova, Nihat Hüseynov, Nurlan Məmmədli, Kənan Mədətli, Nicat Rəsulzadə) ibarət komanda 1-7 Aprel tarixlərində ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan müsabiqə şifahi çəkişmələrində iştirak edib.



Müsabiqə ərzində müxtəlif görüşlərdə fəal iştirak edən komanda Azərbaycanı bir sıra elmi-mədəni tədbirlərdə yüksək səviyyədə təmsil edib. Komanda üzvləri həmçinin Amerika Beynəlxalq Hüquq Cəmiyyətinin təşkil etdiyi 112-ci Yekun Görüşdə iştirak edərək, Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalını təmsil edərək müxtəlif institut və jurnallarla müzakirələr aparıblar.



Teqlər:





Xəbər lenti