Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb - 9 nəfər yaralanıb

Yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb.
Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. (APA)
AzVision.az