FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı
  13 Aprel 2018    Oxunub:3573
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti