“Onda anadangəlmə anomaliyadır. Bu, bir neçə dəfə beynə qan sızmasına səbəb olub. Həkimlər cərarhi müdaxilə edib, onu aradan götürdülər. Əməliyyatdan sonra sağalma prosesi bir az vaxt alır. Ötən il Türkiyəyə getdik. Orada yoxlayıb bildirdilər ki, beynində sağalma prosesi gedir. Amma tam sağalmayıb. Tam sağalmasını gözləyirlər ki, ürəyinə müdaxilə edə bilsinlər. Dərmanlar yazılıb, hazırda onları qəbul edir. Bizə vaxt verdilər ki, növbəti dəfə may, iyun aylarında müayinəyə gedək. Gözləyirik. Desəm ki, tam yaxşılaşma var, yox. Amma hər halda ümid edirik ki, bu dəfə gedəndə bizə yaxşı xəbər verəcəklər. Ondan sonra ürək nayihəsində əməliyyat aparılacaq”.
T. Bayatlı deyib ki, səhhətində problem olsa da, şairin ədəbi yaradıcılğını davam etdirir: “Daha çox evdə olur. Yeni kitabı üzərində işləyir. Onu da yekulaşdırmaq üzrədir. Qəzetlərə şeirlərini verir. Şeirləri tərcümə olunur”.

Şahanə Rəhimli
AzVision.az