"Azərbaycanda bronxial astma xəstəliyi geniş yayılıb" - Baş allerqoloq

AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, xəstəliyin əsas əlamətləri burun və gözdə müşahidə edilir.
C. Məmmədov qeyd edib ki, xəstəliyin ağırlaşmış forması bronxial astmaya çevrilir: "Azərbaycanda bronxial astma xəstəliyi geniş yayılıb. Təxminən 5-8 faiz əhalidə bronxial astma müşahidə edilir. Burada irsi meyillilik mühüm rol oynayır. Həmçinin hansı regionlarda nəmişlik çoxdursa, orada bronxial astma xəstəliyi olan insanlar üstünlük təşkil edir. Astma xəstəliyi olan insanların çoxu zirzəmisində su olan binaların birinci mərtəbələrdə və ya bir otaqlı evdə 5-6 nəfər olan yerdə qalır".
Aytən Zəhra
AzVision.az