Yolu keçən piyadaları maşın vurub - Ölən var

Yolu keçən piyadaları maşın vurub - Ölən var
  13 Aprel 2018    Oxunub:2476
Aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə G.Rəfiyeva hadisə yerində ölüb, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti