Bankomatdan pul çıxaran qadın soyuldu

Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov olduğu müəyyən edilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN Soyğunçuluq