Bu gün Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan mağazanın yanar konstruksiyaları yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bitişik sex və digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.