Şəkidə sürücü sükan arxasında ölüb

1964-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Etibar Azad oğlu Abdullayev idarəetdiyi minik avtomobili ilə Şəkidən Gədəbəyə gedərkən sükan arxasında qəfildən özünü pis hiss edib.
Etibar Abdullayevin vəziyyətinin pisləşdiyini görən, avtomobildə sərnişin qismində olan onun ailə üzvüləri əraziyə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadasını çağırıblar. Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadası hadisə yerinə çatana kimi Etibar Abdullayev keçinib. İlkin müayinə zamanı Etibar Abdullayevin ürək tutmasından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: Şəki