Bakının bəzi yerlərində niyə qaz yoxdur? - “Azəriqaz”dan cavab

Bakının bəzi yerlərində niyə qaz yoxdur? - “Azəriqaz”dan cavab
  16 Aprel 2018    Oxunub:4384
“Azəriqaz” İstehsalat Birliyi Bakının bəzi yerlərində qazın olmaması barədə sakinlərin şikayətlərinə aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev AzVision.az-a bildirib ki, Respublika ərazisində temperaturun aşağı düşməsi və havanın kəskin soyuması nəticəsində birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.
“Bu isə müəyyən ərazilərdə mavi yanacağın verilişində çətinlik yaradıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan sonra Respublika üzrə tək-tək şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət, problem yaşanmır. Hazırda əməkdaşlarımız tərəfindən tənzimləmə işləri davam etdirilir. Tələbat artdıqca təbii qazın verilişi də artır. Ötən günlərlə müqayisədə aprelin 14-i və 15-i tarixlərində təbii qazın verilişində 2 milyon 800 kub metr artım olub”, - deyə qurum rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti