Azərbaycanda 54 ağır hemofiliyalı uşaq var

Azərbaycanda 54 ağır hemofiliyalı uşaq var
  16 Aprel 2018    Oxunub:1141
"Bu gün Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır"
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, MirQasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Hemofiliya mərkəzində 1595 xəstə dispanser qeydiyyatdadır.

“Xəstəliyin Respublika ərazisində yayılma tezliyi öyrənilib. Müəyyən olunub ki, Bakı və Sumqayıtda, Mərkəzi Aran regionunda xəstələrin sayı artıb. Bakıda olan xəstələrin sayı 758 nəfər, Sumqayıtda isə 77 nəfərdir. Keçən il ölkə üzrə 53 xəstə ilkin qeydiyyata götürülüb".

E.Qədimova əlavə edib ki, keçən il ambulator müalicə üçün 2759, stasionar müalicə üçün 271 nəfər müraciət edib: "Qeydiyyatında olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatında olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. xəstələrin 1051-ində hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti