Saxta yuyucu vasitələr satan şəxslər saxlanılıb

Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər. Götürülən maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az