ANAMA indiyədək 3444 hərbi sursat aşkarlayıb

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub. Həmin sursat agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən aprelin 16-dək ANAMA tərəfindən 3444 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 60 min 715 kvadratmetr ərazi yoxlanılıb.
AzVision.az
Teqlər: ANAMA