Abşeronun bəzi yerlərində qaz olmayacaq

Abşeronun bəzi yerlərində qaz olmayacaq
  18 Aprel 2018    Oxunub:1275
Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci kilometrlərarası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 millimetrlik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşfiqabad”, “Pirəkəşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkəşkül, Aşağı Güzdək yaşayış sahələrində, eləcə də Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti