Cəlilabadda ağır yol qəzası: Ölən və yaralılar var

Cəlilabadda ağır yol qəzası: Ölən və yaralılar var
  18 Aprel 2018    Oxunub:2572
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.

Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.

İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Cəlilabad   Qəza  





Xəbər lenti