FHN Cəlilabaddakı qəza ilə bağlı məlumat yaydı

FHN Cəlilabaddakı qəza ilə bağlı məlumat yaydı
  18 Aprel 2018    Oxunub:989
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu ərazisində "QAZel" markalı mikroavtobus və yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı xəsarət alan və avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti