Samux sakini bıçaqlanıb

Samux sakini bıçaqlanıb
  18 Aprel 2018    Oxunub:1132
Aprelin 17-də saat 3 radələrində Samux rayon sakini Sərxan Mirzəyevin qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Feruz Abbasov saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. İfadəsində o, tutduğu əməldən peşman olduğunu qeyd edib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Bıçaqlanma  





Xəbər lenti