Keçmiş məhkum silah və narkotiklə tutuldu

Keçmiş məhkum silah və narkotiklə tutuldu
  19 Aprel 2018    Oxunub:1294
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. ​Polis əməkdaşları saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Teymurov da saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onun şəhər ərazisində yaşadığı evdən nömrəsi silinmiş və qundağı kəsilmiş avtomat silahı, 9 ədəd 5,45 mm. kalibirli patron və 1 ədəd patron sandığı aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti