Ermənilərin yaraladığı 27 yaşlı Rahimin vəziyyəti necədir?

“Şüuru yerindədir. Normal danışır. Hazırda reanimasiyadadır. Sabah palataya köçürüləcək”.
Qeyd edək ki, dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Ağcabədi Təxribat Erməni İşğal