Qanunsuz ağac kəsən 15 nəfərə cinayət işi açıldı

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 252-ci (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) və 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddələrinin tələblərini pozmuş 10 nəfər barəsində inzibati tədbir görülüb, 15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az